Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşdü - FOTO

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşdü - FOTO
19.10.2026 14:52 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiq ediblər.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfərinin mühüm hadisə olduğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyi vurğulanıb.

Marlen Mamatalıyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan orta məktəbin, eləcə də Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin və Nizami Gəncəvi adına məktəbin xalqlarımız arasında səmimi dostluğun və qardaşlıq münasibətlərinin rəmzi olduğunu qeyd edib. O, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldıldığını və bunu böyük Qırğız yazıçısının xatirəsinə diqqət və ehtiram kimi yüksək qiymətləndirdiklərini deyib.

Həmçinin, türkdövlətləri arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini də vurğulayıblar. Bu platformalarda hər zaman qarşılıqlı dəstəyin hiss olunduğu qeyd edilib və ölkələrimizin gələcəkdə də bir-birini dəstəkləməyə davam edəcəklərinə əminlik ifadə olunub.

FOTOLAR

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşdü - FOTO — 1
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşdü - FOTO — 2
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşdü - FOTO — 3
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşdü - FOTO — 4
XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər