Husilərin hücumları Ər-Riyadın planlarını pozdu, forum təxirə salındı

Husilərin hücumları Ər-Riyadın planlarını pozdu, forum təxirə salındı
19.10.2026 19:42 Dünya

Səudiyyə Ərəbistanı Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) hücumları səbəbindən “Səhrada Davos” kimi tanınan “Gələcəyin İnvestisiya Təşəbbüsü” (Future Investment Initiative) forumunun keçirilməsini təxirə salacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, forum ilkin plana uyğun olaraq gələn həftə Ər-Riyadda əyani formatda keçirilməyəcək. Hazırda təşkilatçılar tədbirin nəzərdə tutulan tarixlərdə videokonfrans formatında keçirilməsini və ya təxirə salınmasını müzakirə edirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər