Rusiya dronu parkı hədəf aldı: Körpə və iki qadın öldü
Rusiya qoşunları Xarkov vilayətinin Nova Vodolaha şəhərindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İvan Vıqivski məlumat yayıb.
Onun sözlərinə görə, hücum zamanı parkda çoxlu insan, o cümlədən uşaqlı ailələr olub:
“Təəssüf ki, iki qadın və uşaq arabasında olan körpə həlak olub”.
Daha 15 nəfər, o cümlədən yeddi uşaq yaralanıb. Hadisə yerində təcili xidmətlər çalışır. Yaralılara tibbi yardım göstərilir, mütəxəssislər isə ərazini partlayıcı maddələrin olub-olmaması baxımından yoxlayırlar.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov qeyd edib ki, hücum nəticəsində kafe də zədələnib.
Aysel Mətləb