Prezident İlham Əliyev latviyalı həmkarına təbrik məktubu göndərdi
Xarici siyasət
18.11.2025 12:35
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.
TodayPress TV həmin məktubun mətnini təqdim edir:
"Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Latviya münasibətlərinin xoş ənənələri vardır. Xalqlarımızın tarixi əlaqələri, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi müxtəlif sahələrdə səmərəli əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar yaradır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
tag: Prezident İlham Əliyev,Təbrik məktubu,Latviya,Edqars Rinkeviçs,Todaypress.tv,
