Las-Veqasda qızıl zəfərə bir addım: Günay Qurbanova dünya çempionatının finalında!
ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının üçüncü yarış günü Azərbaycan təmsilçiləri üçün uğurlu nəticələrlə yadda qalıb.
TodayPress TV xəbər verir ki, qadın güləşçimiz Günay Qurbanova (59 kq) parlaq qələbə qazanaraq mundialın finalına vəsiqə əldə edib.
Güləşçimiz yarımfinal mərhələsində argentinalı Kamila Amarillanı möhtəşəm “tuş”la məğlub edərək adını həlledici mərhələyə yazdırıb.
G.Qurbanova oktyabrın 16-da baş tutacaq final qarşılaşmasında Ukrayna təmsilçisi Alina Filipoviçlə üz-üzə gələcək.
Digər təmsilçimiz Gültəkin Şirinova (55 kq) isə 1/8 finalda özbəkistanlı idmançı Ulmeken Esenbayevaya məğlub olaraq mundialda mübarizəni dayandırıb.
Namiq HUN