Putin Çinə gedəcək - Tarix və səbəb AÇIQLANDI
Rusiya Prezidenti Vladimir Putin gələn ay Çinə səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə görüşündə bildirib.
Lavrovun sözlərinə görə, iki ölkənin liderləri mütəmadi əlaqə saxlayır və strateji əməkdaşlığın inkişafını diqqətdə saxlayırlar.
Putinin səfəri Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirakı ilə bağlıdır.
Kübra Musayeva