Messi ailəsi üçün milyonluq yaxta sifariş etdi

Messi ailəsi üçün milyonluq yaxta sifariş etdi
15.10.2026 07:50 Dünya

“İnter Mayami” klubunun hücumçusu Lionel Messi özü və ailəsi üçün 28 metrlik yaxta sifariş edib.

TodayPress TV xəbər verir ki, bu barədə yaxtanın istehsalçısı “Sunreef Yachts” şirkəti məlumat yayıb.

Sifarişin dəyəri açıqlanmayıb. Hazırda yaxta Birləşmiş Ərəb Əmirliklərində yerləşən gəmiqayırma zavodunda hazırlanır.

Qeyd edək ki, Messi oktyabrın 7-nə keçən gecə Argentina millisinin heyətində son oyununu keçirib. Benin yığmasına qarşı görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Nikolas Otamendi və Niko Pas fərqlənib. Messi isə 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Həmçinin iki məhsuldar ötürmə ilə yadda qalıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər