İsrail Prezidenti Bakıdan mesaj verdi: Birlikdə çox şeylərə nail ola bilərik!
“İsrail ilə Azərbaycan arasında uzun illər ərzində formalaşmış və mürəkkəb dövrlərdə də öz əhəmiyyətini sübut etmiş unikal münasibətlər mövcuddur”.
TodayPress TV xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
O, tərəfdaşlığa və iki dövlət arasındakı açıq dialoqa görə İlham Əliyevə təşəkkür edib:
“İnanıram ki, birlikdə hələ çox şeyə nail ola bilərik: xalqlarımız arasında əlaqələri möhkəmləndirə, əməkdaşlığımızı genişləndirə və gələcək nəsillər üçün yeni imkanlar yarada bilərik. Ölkələrimiz arasındakı dostluq bizim üçün böyük dəyər daşıyır və biz bu dostluğu daha da möhkəmləndirmək əzmindəyik. Asiyanın müxtəlif ölkələrinin liderlərini bir araya gətirən mühüm tədbir olan AQEM Zirvə Görüşünə Bakıda ev sahibliyi etdiyinə görə Prezident Əliyevə dərin minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, görüş zamanı prezidentlər qarşılıqlı hörmətə, ortaq maraqlara və iki xalq arasındakı dərin tarixi bağlara əsaslanan İsrail-Azərbaycan strateji münasibətlərinin daha da dərinləşdirilməsi yollarını müzakirə ediblər. Həmçinin regionda baş verən son hadisələr və hər iki ölkənin regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə sadiqliyi barədə fikir mübadiləsi aparılıb.
Qiymət Mahir