“Neftçi” Latviya klubuna uduzdu

“Neftçi” Latviya klubuna uduzdu
14.10.2026 22:30 İdman

"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb.

TodayPress TV xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivinə uduzub - 94:110.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində keçirilib.

Qeyd edək ki, "Neftçi" ilk görüşdə Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər