Tələbələr nazirliyin binasını yandırdı - Albaniyada dəhşətli etirazlar

Tələbələr nazirliyin binasını yandırdı - Albaniyada dəhşətli etirazlar
15.10.2026 06:10 Dünya

Albaniyanın paytaxtı Tiranada tələbələrin etiraz aksiyası iğtişaşlara və polislə toqquşmalara çevrilib, etirazçılar Təhsil Nazirliyinin binasını yandırıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, yüzlərlə tələbə paytaxtın mərkəzində yerləşən nazirlik binasının qarşısına toplaşıb. Onlar Baş nazir Edi Ramanın istefasını, təhsil haqlarının yüksək olması probleminin həllini, maliyyələşmənin artırılmasını və gənclər arasında kütləvi işsizliyə qarşı tədbirlər görülməsini tələb edirlər.

Nəşrin məlumatına əsasən, nazirliyin birinci mərtəbəsində yanğın baş verib. Etirazçılar binaya daş və yandırıcı qarışıqlar olan butulkalar atıblar. Polis isə aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər