Bernem və Zelenski Ukraynaya yeni silah tədarükünü müzakirə etdilər
Böyük Britaniyanın Baş naziri Endi Börnhem və Ukrayna Prezidenti Volodimir Zelenski Londonda görüş keçiriblər. Tərəflər Kiyevə, o cümlədən raketlərin tədarükü ilə bağlı hərbi dəstəyin davam etdirilməsi imkanlarını müzakirə ediblər.
TodayPress TV “Interfax”a istinadən xəbər verir ki, Britaniya tərəfi qış mövsümü başlamazdan əvvəl Ukraynaya müdafiə dəstəyinin sürətləndirilməsi variantlarını nəzərdən keçirir. Xüsusilə uzaqmənzilli raketlərin tədarükünə diqqət yetirilir.
London, həmçinin yeni hərbi həllərin hazırlanmasını və Britaniya silahlarının digər ölkələrin Ukraynaya verdiyi hərbi texnika ilə birgə istifadəyə uyğunlaşdırılmasını davam etdirməyi planlaşdırır.
Bundan əlavə, Böyük Britaniya Ukraynaya müdafiə silahlarının tədarükünün davam etdirilməsi məqsədilə xarici tərəfdaşlarla diplomatik təmaslarını davam etdirəcək.
Gültac Mehdizadə