Mask Starlink-in hərbi məqsədlərlə istifadəsinə qoyulan məhdudiyyətləri açıqladı

Mask Starlink-in hərbi məqsədlərlə istifadəsinə qoyulan məhdudiyyətləri açıqladı
15.10.2026 00:35 Dünya

Amerikanın Starlink peyk sistemi hücum xarakterli hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb. SpaceX şirkətinin rəhbəri İlon Mask bildirib ki, xidmət mülki və müdafiə məqsədləri üçün istifadə olunur.

TodayPress TV xəbər verir ki, Mask bu barədə X sosial şəbəkəsindəki paylaşımında bildirib. Onun sözlərinə görə, Starlink kommersiya sistemi hücum əməliyyatlarında istifadə edilə bilməz. Bu, şirkətin fəaliyyət prinsiplərinə ziddir.

Mask, həmçinin Starshield peyk sisteminin ABŞ hökumətinin nəzarətində olduğunu vurğulayıb. Sistemin hansı şərtlərlə istifadə ediləcəyini və ona hansı məhdudiyyətlərin qoyulacağını ABŞ hökuməti müəyyənləşdirir.

Daha əvvəl Ukrayna rəsmiləri ölkə hərbçilərinin istifadə etdiyi Starlink terminallarının sürətinin azaldığını açıqlayıblar. Onların məlumatına görə, sürət məhdudiyyəti əvvəlcə saatda 160 kilometrədək müəyyən edilib. Daha sonra bu hədd saatda 60–70 kilometrədək endirilib.

Bundan başqa, “Politico” nəşri oktyabrın 13-də ABŞ Prezidenti Donald Trampın Ukraynanın Amerika kəşfiyyat məlumatlarına çıxışını məhdudlaşdırmaq imkanını nəzərdən keçirə biləcəyini yazıb. Nəşrin məlumatına görə, Tramp Starlink xidmətinin dayandırılması üçün İlon Maska təzyiq də göstərə bilər.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər