İlham Əliyev tacikistanlı həmkarı ilə görüşdü

İlham Əliyev tacikistanlı həmkarı ilə görüşdü
14.10.2026 22:11 Xarici siyasət

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olundu, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu.

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər