İranın Azərbaycandakı səfirliyi ölkəsinə başsağlığı verdi

Xarici siyasət

01.03.2026 16:05

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi İrana başsağlığı verib.

TodayPress TV xəbər verir ki, məlumatda deyilir:

"Bismillahir-Rəhmanir-Rəhim

İnna lillahi və inna ileyhi raciun

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi böyük kədər və dərin hüznlə İslam İnqilabının Ali Rəhbəri və dünya şiələrinin ali məqamlı mərceyi-təqlidi Həzrət Ayətullah Seyid Əli Xameneinin şəhadətini Azərbaycan Respublikasında yaşayan əziz həmvətənlərimizə, o həzrətin müqəllidlərinə, sevənlərinə, eləcə də bütün dünya müsəlmanlarına və azadlıqsevər insanlarına dərin hüznlə başsağlığı verir.

Bütün bərəkətli ömrünü İslam və İran yolunda fəda edən və mübarək Ramazan ayında şəhadət məqamına ucalaraq öz ali mükafatını alan o uca məqamlı rəhbərin itkisi böyük bir müsibət olsa da, bütün iranlılar, o mərhum rəhbərin sevənləri və yolunun davamçıları Uca Allaha təvəkkül edərək, İranı və İslamı qorumaq naminə birlik və həmrəylik nümayiş etdirəcək, bu ağır dərdi mətanətlə qarşılayacaq və İranın adının ucaldılması, eləcə də İslam dini naminə əl-ələ verərək çalışacaqlar.

Uca Allahdan o mərhum rəhbər üçün sonsuz rəhmət və məğfirət, bütün müsəlmanlar üçün isə sülh, rifah və bərəkət diləyirik".

TodayPress TV

tag: İran,Səfirlik,Azərbaycan,Başsağlığı,Todaypress.tv,