İrandan Azərbaycana vətəndaşlar və diplomatlar təxliyə edildi - YENİLƏNDİ
Xarici siyasət
01.03.2026 15:30
İrandan 10-a yaxın Çin, 4 Polşa vətəndaşı, daha 4 nəfər Qətər vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə olunub.
TodayPress TV xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Hazirda Birləşmiş Ərəb Əmirliklərinin irandakı səfirliyinin 6 nəfər heyəti təxliyə edilir.
***
14:17
İrandan Azərbaycan sərhədi ilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
TodayPress TV xəbər verir ki, 3 Banqladeş, 3 Qətər, 1 Pakistan vətəndaşı ölkəmizə təxliyə olunub.
***
12:43
İrandan 5 nəfər Tacikistan vətəndaşı "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana təxliyə edilib.
TodayPress TV xəbər verir ki, Azərbaycan tərəfi həmin şəxslərə keçid üçün zəruri şərait yaradıb.
Onlar İran İslam Respublikasına müalicəyə getsələr də, mövcud vəziyyətlə əlaqədar olaraq geri qayıtmaq məcburiyyətində qalıblar.
Hazırda Səudiyyə Ərəbistanının 18 nəfərlik diplomatik nümayəndə heyəti "Astara" sərhəd-keçid məntəqəsindən təxliyə olunur.
Qeyd edək ki, daha əvvəl 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər İtaliya vətəndaşı ölkəmizə təxliyə olunub.
tag: İran,Azərbaycan,Sərhəd,Diplomat,Todaypress.tv,
