İrandakı vətəndaşlarımızla bağlı XİN-dən AÇIQLAMA

İrandakı vətəndaşlarımızla bağlı XİN-dən AÇIQLAMA
02.03.2026 11:23 Xarici siyasət

İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə Azərbaycan Xarici İşlər Nazirliyinə hər hansı yeni məlumat daxil olmayıb.  

Bu barədə XİN-in mətbuat xidmətindən TodayPress TV-nin sorğusuna cavab olaraq bildirilib.  

Qeyd olunub ki, hazırkı vəziyyət diqqətlə izlənilir və hər hansı dəyişiklik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək. 

Xatırladaq ki, daha əvvəl qurumdan İranda indiyə qədər, yalnız bir nəfər vətəndaşımızın  xəsarət aldığı bildirilmişdi. Vətəndaşa diplomatik missiyamız tərəfindən müvafiq dəstək göstərilib və vəziyyəti yaxşıdır. 

Jalə Rövşən

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər