Əliyevdən Pezeşkiana: “Azərbaycan suyundan için” - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı dialoq yaşanıb.
TodayPress TV xəbər verir ki, dövlət başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi "İstisu" mineral suyunun dadına baxmağı təklif edib.
"Azərbaycan suyunun dadına da baxın! Burada əla "İstisu" suyu var. Mən özümlə gətirmişəm", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Daha sonra Azərbaycan Prezidenti həm Məsud Pezeşkian, həm də özü üçün "İstisu" süzüb.