“Euronews” İlham Əliyev və Pezeşkianın “İstisu” ilə bağlı görüntüsünü paylaşdı

“Euronews” İlham Əliyev və Pezeşkianın “İstisu” ilə bağlı görüntüsünü paylaşdı
01.09.2026 20:32 Xarici siyasət

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkiana "İstisu" mineral suyunu təklif etməsi barədə "Euronews"da video yayımlanıb.

TodayPress TV xəbər verir ki, bununla bağlı "Euronews"un "X" sosial şəbəkə hesabında da paylaşım edilib.

Xatırladaq ki, həmin görüşdə Azərbaycan Prezidenti iranlı həmkarına "İstisu" təklif edib:

"Azərbaycan suyunun dadına da baxın! Burada əla "İstisu" suyu var. Mən özümlə gətirmişəm", - İlham Əliyev vurğulayıb.

Daha sonra Azərbaycan Prezidenti həm Məsud Pezeşkian, həm də özü üçün "İstisu" süzüb.

XƏBƏR LENTİ
01 SENTYABR 2026
Bütün Xəbərlər