Elnur Məmmədov Xorvatiyada beynəlxalq forumda iştirak etdi

Elnur Məmmədov Xorvatiyada beynəlxalq forumda iştirak etdi
13.07.2025 12:08 Xarici siyasət

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Xorvatiyanın Dubrovnik şəhərində “Dubrovnik Forumu – dəyişikliyə yön vermək” adlı beynəlxalq tədbirdə iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir müavini forumun “Avropa və Asiyanın birləşdirilməsi: Tərəfdaşlıq və rifah yolları” adlı panel müzakirəsinə qatılıb. O, çıxışında Avropa ilə Asiya arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin beynəlxalq sabitlik və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb etdiyini qeyd edib, Azərbaycanın bu iki qitə arasında yerləşən etibarlı tərəfdaş və dayanıqlı nəqliyyat-logistika dəhlizi kimi artan roluna toxunub.

E.Məmmədov Azərbaycanın nəqliyyat, enerji və kommunikasiya sahələrində təşəbbüskarı olduğu çoxtərəfli layihələr vasitəsilə regionlararası inteqrasiyaya mühüm töhfə verdiyini və Avrasiya məkanında strateji əlaqələndirici rol oynadığını vurğulayıb.

Forum çərçivəsində nazir müavini Çin Xalq Respublikasının nümayəndə heyətinin rəhbəri, Avropa məsələləri üzrə xüsusi nümayəndə Lu Şaye ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətləri, bu çərçivədə son illər ərzində həyata keçirilən yüksək səviyyəli səfərlər və imzalanmış əməkdaşlıq sənədləri ətrafında müzakirə aparılıb.

Bununla yanaşı, Tailand Krallığının xarici işlər nazirinin müavini Russ Jaliçandra ilə keçirilmiş görüş zamanı Azərbaycan və Tayland arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında fikit mübadiləsi aparılıb. İqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin çoxtərəfli platformalarda qarşılıqlı dəsdək məsələləri nəzərdən keçirilib.

XƏBƏR LENTİ
31 MAY 2026
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı 15:04 SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub 16:24 Bu istiqamətdə hərəkət edən marşrutun avtobusları dəyişdirilir 14:06 Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 780 nəfərə çatdı - YENİLƏNİB 09:46 Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib - SEPAH 14:54 Bakıda ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək - YENİLNİB 14:23 Xameneinin iqamətgahı belə vurulub - Müharibənin GİZLİ GÖRÜNTÜLƏRİ 15:46 Leyla Əliyevadan fermer qadına incə davranış - VİDEO 14:19 "Makedon" vəfat etdi 15:00 Tramp Omanı hədələdi 13:40 Azərbaycanlı fotoqraf beynəlxalq sərgi ilə Romada çıxış edir 14:29 Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq 12:43 Bərədə AĞIR QƏZA: 10 nəfər yaralandı 13:28 Türkiyədə zəncirvari qəzada dörd nəfər öldü 12:13 Sürücülərə XƏBƏRDARLIQ 13:19 Paşinyan "Tramp marşrutu" və yeni dəmir yolu planlarını açıqladı 12:30 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ 12:45 İran bir "Yasin"ə Azərbaycanı Ermənistana satdı 12:26 İsraildən Livan açıqlaması: Bofort qalası ələ keçirildi 12:07 Xameneinin dəfn mərasiminə hazırlıq başladı 12:20 Azərbaycan millisi Avropa Kubokuna qızıl medalla başladı 12:01 ABŞ-dən narkotacirlərin gəmisinə zərbə: Ölənlər var - VİDEO 11:46 Tramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır 11:39 FAKTİKİ HAVA: Şahdağda qar yağıb, Kəlbəcərə dolu düşüb 11:42 AZAL bu istiqamətdə uçuşlarını bərpa etdi 09:34 Bütün Xəbərlər