Ceyhun Bayramov və Kallas münasibətlərin vəziyyətini nəzərdən keçirdi - YENİLƏNDİ 2

Ceyhun Bayramov və Kallas münasibətlərin vəziyyətini nəzərdən keçirdi - YENİLƏNDİ 2
05.05.2026 16:36 Xarici siyasət

5 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

XİN-dən TodayPress TV-yə verilən xəbərə görə, tərəflər arasında keçirilmiş təkbətək və geniş tərkibdə görüşlər zamanı tərəflər Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və perspektivlərini ətraflı nəzərdən keçiriblər.

Siyasi dialoqun intensivliyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi vurğulanıb.

Görüş zamanı iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə mina təhlükəsi ilə mübarizə sahəsində görülən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan ilə normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına sadiqliyi bir daha vurğulanıb.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar. Bu kontekstdə çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq, eləcə də qlobal çağırışlara qarşı birgə fəaliyyət imkanları müzakirə olunub.

Görüş zamanı, habelə Azərbaycan ilə Aİ arasında müxtəlif institutlar və proqramlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

TodayPress TV

***

15:14

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.

TodayPress TV bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Belə ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən hərtərəfli müzakirələr aparıblar. Bu çərçivədə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.

Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Bununla yanaşı, ticarət və investisiyalar, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, həmçinin nəqliyyat və logistika əlaqələri müzakirə olunub.

Xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri diqqət mərkəzində olub.

Bildirilib ki, tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini, o cümlədən post-münaqişə dövründə vəziyyəti, yenidənqurma və bərpa işlərini, humanitar minatəmizləmə fəaliyyətlərini və Cənubi Qafqazda davam edən normallaşma prosesini müzakirə ediblər.

Dayanıqlı sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.

TodayPress TV

***

14:30

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.

“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - məlumatda qeyd olunub.

TodayPress TV

FOTOLAR

Ceyhun Bayramov və Kallas münasibətlərin vəziyyətini nəzərdən keçirdi - YENİLƏNDİ 2 — 1
Ceyhun Bayramov və Kallas münasibətlərin vəziyyətini nəzərdən keçirdi - YENİLƏNDİ 2 — 2
Ceyhun Bayramov və Kallas münasibətlərin vəziyyətini nəzərdən keçirdi - YENİLƏNDİ 2 — 3
Ceyhun Bayramov və Kallas münasibətlərin vəziyyətini nəzərdən keçirdi - YENİLƏNDİ 2 — 4
Ceyhun Bayramov və Kallas münasibətlərin vəziyyətini nəzərdən keçirdi - YENİLƏNDİ 2 — 5
XƏBƏR LENTİ
31 MAY 2026
Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 İsveçrə hokkey üzrə dünya çempionatının finalına çıxdı 21:10 İsrail ordusu "Hizbullah"a məxsus hərbi obyekti məhv etdiyini AÇIQLADI 21:07 Rumıniya Rusiya təhdidinə qarşı mübarizəni gücləndirir 20:45 Bütün Xəbərlər