Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edildi

Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edildi
01.03.2026 15:14 Xarici siyasət

İrandan həm Azərbaycan, həm də digər ölkələrin vətəndaşlarının "Astara" sərhəd-keçid məntəqəsindən təxliyəsi davam edir.

TodayPress TV xəbər verir ki, 28 fevral saat 08:00-dan 1 mart 14:00-dək Azərbaycanın 53 vətəndaşı İrandan təxliyə edilib.

İrandan Azərbaycana 18 Səudiyyə Ərəbistanı vətəndaşı, Tacikistanın 5, İordaniyanın 4, Qətərin 3, İtaliyanın isə 1 vətəndaşının təhlükəsiz keçidi təmin olunub.

Məlumat üçün bildirək ki, İrandan Azərbaycana 10 nəfərdən çox Çin vətəndaşının da təxliyəsi gözlənilir. Onlardan üçünün keçidi artıq həyata keçirilib.

TodayPress TV 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər