Rusiya “Starlink”ə rəqib hazırlayır: Ukrayna ordusu təşvişə düşdü
Rusiyanın yeni peyk layihəsi Ukrayna ordusunu narahat edib. Ukrayna Silahlı Qüvvələrinin K-2 briqadasının komandiri Kirill Veres Rusiyanın “Starlink” sisteminə alternativ hazırladığı “Rassvet” peyk şəbəkəsinin istifadəyə verilməsinin Ukrayna ordusu üçün ciddi problem yaradacağını bildirib.
TodayPress TV xəbər verir ki, Rusiyanın 374 peykdən ibarət “Rassvet” adlı peyk şəbəkəsi üzərində işlədiyi bildirilir.
Kirill Veresin sözlərinə görə, layihənin həyata keçirilməsi Ukrayna ordusunun imkanlarına ciddi təsir göstərə bilər.
O, həmçinin Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın peyklərinin orbitə çıxarılmasına mane olacaq vasitə tapacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, “Rassvet” Rusiyanın “Starlink” peyk rabitə sisteminə alternativ yaratmaq məqsədi daşıyır.
Kübra Musayeva