Aydın Süleymanlı Almaniyada məğlubiyyətsiz çıxış edir

Aydın Süleymanlı Almaniyada məğlubiyyətsiz çıxış edir
14.11.2026 23:28 İdman

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Almaniya Bundesliqasında çıxış etdiyi “SC Viernheim” klubunun heyətində uğurlu seriyasını davam etdirir.

TodayPress TV xəbər verir ki, 21 yaşlı qrossmeyster çempionatın dördüncü turunda hindistanlı Sunildut Lına Narayananla heç-heçə edib. Onun komandası isə “SV Deggendorf”u 5:3 hesabı ilə məğlub edərək ardıcıl dördüncü qələbəsini qazanıb.

Süleymanlı Bundesliqada keçirdiyi dörd partiyanın heç birində məğlub olmayıb. O, latviyalı Nikita Meşkovs və ingiltərəli Lyuk Makşeyn üzərində qələbə qazanıb, italiyalı Lorenzo Lodiçi və Narayananla görüşləri isə heç-heçə başa vurub.

Beləliklə, Azərbaycan təmsilçisi mümkün dörd xaldan üçünü toplayıb.

Ötən mövsümün çempionu olan “SC Viernheim” turnir cədvəlinə başçılıq edir.

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər