Putinin nəvəsinə niyə Zelenski soyadı verilmədi? SƏBƏB

Putinin nəvəsinə niyə Zelenski soyadı verilmədi? SƏBƏB
15.11.2026 05:14 Dünya

Rusiya Prezidenti Vladimir Putinin nəvəsinə anasının soyadı verilib. Buna səbəb uşağın atasının Ukrayna Prezidenti Volodimir Zelenski ilə eyni soyadı daşımasıdır.

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, 2025-ci ilin avqustunda Vladimir Putinin kiçik qızı Katerina Tixonova oğlan uşağı dünyaya gətirib. Uşağın ehtimal olunan atası baletmeyster İqor Zelenskidir. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə eyni soyadı daşıyır.

Bildirilir ki, mümkün qarışıqlığın və Ukrayna lideri ilə assosiasiyanın qarşısını almaq üçün uşağa anasının soyadı verilib.

Qeyd edək ki, cütlüyün 2017-ci ildə dünyaya gələn böyük qızı əvvəlcə atasının soyadını daşıyıb. Lakin sonradan anasının soyadı ilə verilmiş pasportdan istifadə etməyə başlayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər