ABŞ Avropadakı hərbi qüvvələrini azaldır – Səbəb nədir?

ABŞ Avropadakı hərbi qüvvələrini azaldır – Səbəb nədir?
15.11.2026 00:56 Dünya

ABŞ Avropadakı hərbi kontingentini müttəfiqlərin ehtimal etdiyindən daha az ixtisar edə bilər.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Avropa ölkələri əvvəllər Vaşinqtonun qitədəki hərbi qüvvələrini 25 min nəfər azaltacağını gözləyirdilər. Lakin indi müttəfiqlər təxminən 5 min amerikalı hərbçinin Avropadan çıxarılacağını ehtimal edirlər.

Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi xidmət edir. Gözlənilən ixtisar ümumi kontingentin təxminən 6 faizini təşkil edəcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər