İsraildə Netanyahuya qarşı çıxış: “Onun hakimiyyəti bitir”

İsraildə Netanyahuya qarşı çıxış: “Onun hakimiyyəti bitir”
15.11.2026 03:33 Dünya

İsrailin keçmiş müdafiə naziri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu ölkədə parçalanma yaratmaqda və münaqişələri qızışdırmaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, Ayzenkot Netanyahunun seçkilərdə məğlub olduğunu bildiyini və İsrail vətəndaşlarının, eləcə də Knesset deputatlarının mütləq əksəriyyətinin ona qarşı olduğunu söyləyib.

O qeyd edib ki, ölkədə yeni və daha yaxşı hökumət formalaşdırılacaq.

Ayzenkotun sözlərinə görə, Netanyahu sanki sabahı düşünmədən ölkədə qarşıdurmanı dərinləşdirməyə davam edir.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər