Ukrayna dronları Taqanroqu hədəf aldı, ölən və yaralananlar var

Ukrayna dronları Taqanroqu hədəf aldı, ölən və yaralananlar var
15.11.2026 09:24 Dünya

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Taqanroq şəhərinə hücum edib, azı bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat yayıb.

“Düşmənin Taqanroqa hücumu nəticəsində elektrik yarımstansiyasının baş mühəndisi olan kişi həlak olub. Pilotsuz uçuş aparatının qalıqlarının magistral yolda və yanacaqdoldurma məntəqəsində avtomobillərin üzərinə düşməsi nəticəsində üç kişi və bir qadın olmaqla dörd nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər”, - deyə bildirilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər