Gimnastlarımız beynəlxalq yarışda medal qazandılar

Gimnastlarımız beynəlxalq yarışda medal qazandılar
15.11.2026 00:25 İdman

Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışında uğurlu nəticələr əldə ediblər.

TodayPress TV xəbər verir ki, yarışda batut gimnastikası üzrə 13-14 yaş kateqoriyasında sinxron proqramda çıxış edən Muhamməd Həsənli və Ömər Qasımlı final mərhələsində 46.160 xal toplayaraq bürünc medal qazanıblar.

17-21 yaş kateqoriyasında mübarizə aparan Mehdi Əliyev və Nicat Mirzəyev isə təsnifat mərhələsində 48.960 xalla dördüncü yeri tutaraq finala vəsiqə əldə ediblər.

Tamblinq üzrə fərdi proqramda 11-13 yaş kateqoriyasında çıxış edən Əsnad Niftiyeva 42.700 xalla səkkizinci nəticə göstərərək final mərhələsinə yüksəlib.

Azərbaycan gimnastları yarışda mübarizələrini davam etdirirlər.

FOTOLAR

Gimnastlarımız beynəlxalq yarışda medal qazandılar — 1
XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər