İran Bəhreyndə ABŞ-nin radar stansiyasını PUA-larla vurdu

İran Bəhreyndə ABŞ-nin radar stansiyasını PUA-larla vurdu
15.11.2026 11:00 Dünya

İran Bəhreyndə yerləşən Ər-Rifaa helikopter bazasında ABŞ-yə məxsus radar stansiyasına altı pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, hücum ABŞ ordusunun İranın ünvanına həyata keçirdiyi təcavüzə cavab olaraq başladılan əməliyyatın ikinci mərhələsi çərçivəsində həyata keçirilib.

SEPAH-ın bəyanatında qeyd olunub ki, ABŞ-nin müdafiə radar stansiyası korpusun Aerokosmik Qüvvələrinə məxsus altı PUA ilə hədəfə alınıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər