Parisdən Kiyevə yaşıl işıq: Makron Ukraynanı NATO-da görür
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya üzv qəbul edilməsini zəruri hesab etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
Makron qeyd edib ki, Avropanın ən güclü ənənəvi ordusuna malik Ukrayna NATO ilə birlikdə mühüm rol oynayır və alyansda ona layiqli yer ayrılmalıdır.
Qeyd edək ki, daha əvvəl “The Economist” nəşri Ukrayna rəsmilərinə istinadən ABŞ-nin münaqişənin həlli ilə bağlı təkliflərindən birində Kiyevə NATO-ya üzvlükdən imtina müqabilində investisiya paketi və Avropa İttifaqına üzvlük təklif etdiyini yazıb.
Aysel Mətləb