“Sabah” “Neftçi”ni məğlub edərək liderliyə yüksəldi
Azərbaycan Basketbol Liqasında yeddinci tura start verilib.
TodayPress TV xəbər verir ki, turun ilk oyun günündə son ölkə çempionu “Sabah” və “Neftçi” üz-üzə gəlib.
Milli Gimnastika Arenasında keçirilən turun mərkəzi qarşılaşması “Sabah”ın 93:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da “Neftçi”nin məğlubiyyətsiz seriyasına son qoyan “Sabah” turnir cədvəlinin zirvəsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında yeddinci tura noyabrın 16-da yekun vurulacaq.