ABŞ-də iki təyyarə toqquşdu: Xəsarət alanlar var
ABŞ-nin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında iki təyyarənin toqquşması nəticəsində iki nəfər yüngül xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mayami-Deid dairəsinin Aviasiya Departamentinin kommunikasiya direktoru Qreq Çin "TASS" agentliyinə məlumat verib.
Onun sözlərinə görə, hadisə gecə saatlarında iki uçuş-enmə zolağının kəsişməsində baş verib. Bu zaman hava limanına enən və oradan uçmağa hazırlaşan təyyarələr bir-birinə toxunub.
Xəsarət alanlara hadisə yerində tibbi yardım göstərilib. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.
Qreq Çinin bildirdiyinə görə, hadisə hava limanının fəaliyyətinə təsir göstərməyib.
Aysel Mətləb