Ukraynanın dəniz dronları artıq təkcə gəmiləri hədəf almır

Ukraynanın dəniz dronları artıq təkcə gəmiləri hədəf almır
15.11.2026 01:27 Dünya

Ukraynanın dəniz dronları artıq quru əməliyyatlarında da istifadə olunur. Onlar FPV dronları buraxa, raket daşıya və hücum əməliyyatları üçün yerüstü robotları döyüş zonasına çatdıra bilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb.

Nəşrin məlumatına görə, əvvəllər Rusiyanın Qara dənizdəki gəmilərinə qarşı istifadə edilən pilotsuz dəniz aparatları artıq çoxfunksiyalı döyüş platformalarına çevrilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) məlumatına görə, avqust ayında “Magura” platformasından buraxılan dronlar Rusiyanın “Pantsir-S1” hava hücumundan müdafiə sistemini məhv edib, iki S-400 buraxılış qurğusunu və “Orion” pilotsuz aparatlarının idarəetmə antenasını vurub.

Bundan başqa, iyul ayında dəniz dronu döyüş tapşırığını yerinə yetirmək üçün Kinburn dilinə yerüstü robot çatdırıb.

Hazırda istehsalçılar “Nemesis” ağır zərbə dronlarının dəniz platformalarından buraxılması üzərində də sınaqlar aparırlar. Bu texnologiya Ukraynaya sahildən xeyli uzaqda yerləşən Rusiya obyektlərinə zərbələr endirmək imkanı yarada bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
15 NOYABR 2026
Bütün Xəbərlər