Millimiz Avropa çempionatına iki məğlubiyyətlə başladı
Qadınlardan ibarət Azərbaycan milli komandası 2029-cu ildə keçiriləcək Avropa çempionatının (EuroBasket 2029) ilkin təsnifat mərhələsində mübarizəyə başlayıb.
TodayPress TV xəbər verir ki, millimiz noyabrın 11-də və 14-də iki qrup oyunu keçirib. Milli Gimnastika Arenasında baş tutan ilk qarşılaşmada komandamız İsveçrə yığmasına 33:84, ikinci görüşdə isə İrlandiya seçməsinə 73:91 hesabı ilə məğlub olub.
Qeyd edək ki, bu görüşlər yunanıstanlı baş məşqçi İoannis Diamantakosun Azərbaycan millisinin sükanı arxasında ilk oyunları olub.
Yığmamız qrupda növbəti matçını noyabrın 17-də Bakı vaxtı ilə saat 23:30-da səfərdə İslandiya millisinə qarşı keçirəcək.