Kevin Dyurant əfsanəvi basketbolçuların sırasına yüksəldi
“Hyuston Rokets” klubunun 38 yaşlı amerikalı hücumçusu, NBA-in ikiqat çempionu Kevin Dyurant tarixi uğura imza atıb.
TodayPress TV xəbər verir ki, basketbolçu NBA Kubokunun qrup mərhələsi çərçivəsində “Finiks Sanz”a qarşı keçirilən ev oyununda karyerası ərzində müntəzəm çempionatlarda topladığı xalların sayını 33 000-ə çatdırıb.
Bununla da Dyurant NBA tarixində bu göstəriciyə nail olan beşinci basketbolçu kimi tarixə düşüb.
Bundan əvvəl Lebron Ceyms, Kərim Əbdül-Cabbar, Karl Meloun və Kobi Brayant 33 000 xal həddini keçiblər.
Dyurantın növbəti hədəfi Kobi Brayantın göstəricisidir. Brayant peşəkar karyerasını 33 643 xalla başa vurub.
Qeyd edək ki, Kevin Dyurant bu ilin mart ayında Maykl Cordanın 32 292 xallıq nəticəsini geridə qoyub.
Namiq HUN