"Huanqla bağlı araşdırma aparılmır" - Vens
ABŞ federal hökuməti “Nvidia” şirkətinin baş direktoru Censen Huanqla bağlı araşdırma aparmır.
TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Deyton yaxınlığındakı Rayt-Patterson Hərbi Hava Qüvvələri bazasında jurnalistlərlə söhbəti zamanı bildirib.
“Bizə onun barəsində araşdırma aparılmadığı bildirilib. Açığı, bu ölkədə insanları ictimai rəy və ya anonim mənbələrə istinad edən “The New York Times” qəzetinin yazıları əsasında araşdırmaya cəlb etmədiyimizi unutmamalıyıq. Düşünmürəm ki, insanlar “The New York Times”ın anonim mənbələri tərəfindən nədəsə ittiham olunduqlarına görə işlərini itirməlidirlər”, - deyə ABŞ-nin vitse-prezidenti əlavə edib.
Vens Huanqın əfvə ehtiyacı olmadığını düşündüyünü də vurğulayıb:
“Onun tərəfindən hər hansı qanun pozuntusuna dair sübut görmürəm. Əgər belə sübutlar varsa, onu məsuliyyətə cəlb etmək müvafiq qurumların işi olmalıdır”.
Vens əlavə edib ki, Huanqla bağlı araşdırma aparılsaydı, bu barədə məlumat verərdilər. O, Huanqın “Nvidia” şirkətinin prezidenti və baş direktoru vəzifəsinə qaytarılması barədə qərarı şirkətin direktorlar şurasının qəbul etdiyini dəqiqləşdirib.
Aysel Mətləb