"SpaceX" orbitə 1 milyon "beyin" çıxarır: ABŞ-dən dünyada bir ilk olan icazə

"SpaceX" orbitə 1 milyon "beyin" çıxarır: ABŞ-dən dünyada bir ilk olan icazə
26.11.2026 06:10 Dünya

ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) tarixində ilk dəfə kosmosda məlumat mərkəzləri klasterinin yaradılması üçün icazə verib.

TodayPress TV xəbər verir ki, FCC-nin açıqlamasında “SpaceX” şirkətinə böyük həcmdə məlumatları emal edəcək orbital hesablama modullarını yerləşdirmək üçün icazə verildiyi bildirilib.

Qeyd olunub ki, sistem FCC-nin “orbital tullantılar” qaydalarına uyğun fəaliyyət göstərəcək.

Açıqlamada “SpaceX”in süni intellekt hesablamalarına artan tələbatı qarşılamağa kömək etmək məqsədilə 1 milyona qədər peykdən ibarət “Starmind” klasterini quracağı qeyd edilib.

Şirkətin peyk sistemi üzrə ehtiyat və fövqəladə hallarda telemetriya, izləmə və komanda əməliyyatları üçün radiofrekans bağlantılarından istifadə edəcəyi, peyklərarası optik bağlantıların isə bu rabitəni dəstəkləyəcəyi bildirilib.

FCC digər orbital məlumat mərkəzləri ilə bağlı müraciətləri də nəzərdən keçirməyə davam etdiyini və qurumun adi prosedurlar çərçivəsində qərarları sürətlə qəbul etməyi planlaşdırdığını açıqlayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər