PSV-ni darmadağın etdi, ertəsi gün basketbol matçına yollandı – Mourinyudan fərqli addım!
Madrid “Real”ının futbol komandasının baş məşqçisi Joze Mourinyu basketbol üzrə Avroliqanın XIV turu çərçivəsində keçirilən “Real Madrid” – “Jalgiris” matçını tribunadan izləyib.
TodayPress TV xəbər verir ki, 63 yaşlı portuqaliyalı mütəxəssis Madridin “Movistar Arena” idman kompleksində baş tutan qarşılaşmanın qonağı olub.
Görüş İspaniya təmsilçisinin 108:93 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bundan bir gün əvvəl Mourinyunun rəhbərlik etdiyi “Real” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Niderlandın PSV klubunu 5:1 hesabı ilə darmadağın edib. Bununla da Madrid təmsilçisi turnirdə ardıcıl beşinci qələbəsini qazanıb.
Namiq HUN