İsrail Azərbaycanın UEFA reytinqindəki mövqeyini dəyişə bilər
“Sabah” klubunun UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda məğlub olması Azərbaycanın UEFA əmsalına təsir göstərməyib.
TodayPress TV xəbər verir ki, Azərbaycan 24,187 əmsalla 55 ölkə arasında əvvəlki kimi 24-cü pillədə qərarlaşıb.
Reytinq cədvəlində 23-cü yerdə olan Ukrayna ölkəmizi 0,650 xal qabaqlayır. Azərbaycanın ən yaxın izləyicisi İsrailin isə aktivində 24,125 xal var. Beləliklə, iki ölkə arasındakı fərq cəmi 0,062 xal təşkil edir.
Qeyd edək ki, İsrailin “Hapoel Beer-Şeva” klubu bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin V turu çərçivəsində Türkiyənin “Beşiktaş” komandasının qonağı olacaq. İsrail təmsilçisinin İstanbulda qazanacağı uğurlu nəticə Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərə bilər.
Xatırladaq ki, “Sabah” Çempionlar Liqasının V turunda İspaniyanın “Barselona” klubuna 1:4 hesabı ilə məğlub olub. Təmsilçimiz hazırda 3 xalla turnir cədvəlinin 33-cü pilləsində qərarlaşıb.
Namiq HUN