Melaniya Tramp daha 9 uşağı ailəsinə qaytardı

Melaniya Tramp daha 9 uşağı ailəsinə qaytardı
26.11.2026 03:46 Dünya

ABŞ-nin birinci xanımı Melaniya Trampın vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsi nəticəsində ailələrindən ayrı düşən daha 9 uşaq doğmalarına qovuşub.

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, bu, Melaniya Trampın dəstəyi ilə həyata keçirilən sayca yeddinci humanitar əməliyyatdır. İndiyədək onun səyləri nəticəsində ailələrinə qaytarılan uşaqların ümumi sayı 43-ə çatıb.

Melaniya Tramp uşaqların valideynlərinə qovuşmasının daha yaxşı dünya qurmağa töhfə verdiyini vurğulayıb.

“Biz sülh vasitəsilə dünyanı sağalda bilərik və sülh uşaqlarımızdan başlayır. Valideynlərinə qovuşan hər bir uşaq bəşəriyyəti daha yaxşı dünyaya yaxınlaşdırır”, – deyə o bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 NOYABR 2026
Bütün Xəbərlər