SON DƏQİQƏ: Ukrayna Rusiyanın strateji neft obyektini vurdu
Ukraynanın Rusiyanın Başqırdıstan Respublikasında yerləşən strateji əhəmiyyətli neft nasos stansiyasına zərbə endirdiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, zərbə Qərbi Sibirdən neft emalı zavodlarına və ixrac boru kəmərlərinə xam neft daşıyan “Transneft-Ural” şirkətinə məxsus obyektə endirilib.
Bu stansiyalar Rusiyanın neftin uzaq məsafələrə daşınması sistemində mühüm rol oynayır.
Belə stansiyalardan birinin sıradan çıxması eyni vaxtda bir neçə regiona neft axınını ləngidə bilər. Bu zaman yaranan problemlərin aradan qaldırılması ayrı-ayrı neft emalı zavodlarının bərpasından daha çətin ola bilər.
Zəhra Məmmədova