30 Avqust münasibətilə Bakıdan Ankaraya xüsusi MESAJ

30 Avqust münasibətilə Bakıdan Ankaraya xüsusi MESAJ
30.08.2026 10:40 Xarici siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə Respublikasını Zəfər Bayramı münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"30 avqust – Türkiyə Respublikasının Zəfər Bayramı münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik. Türkiyənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qardaş xalqımızın sarsılmaz iradəsi, əzmi və qəhrəmanlığı ilə qazandığı tarixi Zəfəri qürurla qeyd edirik. Zəfər Bayramınız mübarək!", - paylaşımda qeyd olunub.

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər