Türk dünyası yüksəlir, köhnə güc mərkəzləri narahat olur

Türk dünyası yüksəlir, köhnə güc mərkəzləri narahat olur
21.10.2026 22:38 Təhlil

Türkiyə və Azərbaycan Prezidentlərinin telefon danışığı əlaqələrin inkişafına mühüm töhfə verir.

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Məhəmməd Əsədullazadə bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək onu Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçiriləcək Zirvə görüşünə dəvət edib.

Politoloq vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir, lakin iki dövlət arasında böhran yaratmağa çalışanlar kifayətdir:

"Hər iki ölkə liderinin birgə siyasəti nəticəsində Türk Dövlətləri Təşkilatı inkişaf edir. Məhz bu təşkilatın inkişafını istəməyən mərkəzlər bundan sonra da böhran yaratmağa çalışacaq. Cənubi Qafqaz və Mərkəzi Asiyada hər iki ölkənin birgə əməkdaşlığı nəticəsində yeni siyasi nizam formalaşır".

Analitikin sözlərinə görə, Azərbaycan onun müstəqilliyini və təhlükəsizliyini daim təhdid edən iki ölkə - Rusiya və İranla sərhəddir. Bu səbəbdən Azərbaycan üçün Türkiyənin güclü olması və qardaşlıq əlaqələrinin qorunması strateji əhəmiyyət kəsb edir.

Aysel Mətləb

XƏBƏR LENTİ
21 OKTYABR 2026
Bütün Xəbərlər