ABŞ-nin İrana qoyduğu qadağalar yunanları necə vurdu?
ABŞ İran üzrə sanksiya siyahılarına Yunanıstan və Panamada ofisləri olan hüquq firmasını daxil edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, "Karnakis and Karnakis" şirkəti Amerikanın məhdudlaşdırıcı tədbirlərinin təsiri altına düşüb. ABŞ Maliyyə Nazirliyi iddia edir ki, bu hüquq firması İran məhsullarının bazarlara çatdırılmasına qanunsuz olaraq köməklik göstərib, bununla da Tehran hakimiyyətinə silahların işlənib hazırlanması və nüvə proqramının inkişafı üçün vəsait əldə etməyə imkan yaradıb.
Qeyd edək ki, sanksiya siyahısına daxil edilmə ABŞ-dəki aktivlərin dondurulması və ABŞ vətəndaşlarına, eləcə də şirkətlərinə bu siyahıda olan şəxslərlə biznes aparmağın qadağan edilməsi deməkdir.
Sanksiya siyahılarına ehtimal ki, şirkətlə əlaqəli olan beş fiziki şəxs də daxil edilib.
Aysel Mətləb