“Ana”ya qarşı “ata”: İran yeni silahını təqdim etməyə hazırlaşır
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “bütün bombaların atası” adlandırılan yeni silahını təqdim etməyə hazırlaşdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, silahın xüsusiyyətləri barədə isə hələlik məlumat verilməyib.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın döyüşlər yenidən başlayacağı təqdirdə İranın enerji infrastrukturuna zərbə endirmək üçün ABŞ-nin “bütün bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirdiyi barədə məlumatlar fonunda səslənib.
Kübra Musayeva