"Saudi Aramco"ya PUA hücumu – İtkilər var!
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri ölkənin şərqində yerləşən “Saudi Aramco” milli neft şirkətinin obyektinə hücum etməyə çalışan pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, PUA-nın ələ keçirilməsi nəticəsində obyektin ərazisindən kənarda podratçı şirkətlərdən birinə məxsus avtomobildə yanğın baş verib.
Hadisə nəticəsində Filippin və Nepal vətəndaşları olan iki şəxs ölüb. Pakistan və Hindistan vətəndaşları olan daha iki nəfər isə yaralanıb.
Nazirlik insidentin neft obyektinin istehsal proseslərinə və fəaliyyətinə təsir göstərmədiyini vurğulayıb.
Aysel Mətləb