Ukrayna müharibəsinin sonu yaxınlaşıb - AÇIQLANDI
ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna ilə bağlı danışıqlarda son günlər ümidverici irəliləyiş əldə edildiyini bildirib.
TodayPress TV xəbər verir ki, Kuşner bu barədə açıqlamasında müharibənin başa çatdırılması və davamlı sülhün təmin olunması üçün real imkanın yarandığını qeyd edib.
“Son bir neçə gündə ümidverici irəliləyiş əldə olunub. Qarşıda hələ çətin işlər var, lakin bu müharibəni geridə qoymaq, gələcək nəsillər üçün davamlı sülh, təhlükəsizlik və rifahın əsasını yaratmaq üçün real imkanımız var”, – deyə o yazıb.
Kübra Musayeva