Ramiz Yunusun bu sözləri Kiselyovu ÖZÜNDƏN ÇIXARDI – VİDEO

Təhlil

15.01.2026 16:57

Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus rusiyalı jurnalist Yevgeni Kiselyovun canlı efirində olub.

TodayPress TV xəbər verir ki, efir zamanı Ramiz Yunusla Kiselyov arasında mübahisə yaranıb. 

Belə ki, veriliş boyu jurnalist tez-tez qonağın sözünü kəsib, daha sonra isə Ramiz Yunus Kiselyovun mövqeyinə uyğun gəlməyən fikirlər səsləndirdikdən sonra xəbərdarlıq edilmədən efirdən uzaqlaşdırılıb. 

Ramiz Yunus öz səhifəsində həmin efirin videosunu paylaşıb. Eləcə də Kiselyovun bu qorxaq davranışını şərh edib: 

“Bu gün efirdə rusiyalı jurnalist Yevgeni Kiselyovun qonağı oldum. Veriliş zamanı aparıcı özü studiyaya dəvət etdiyi qonağının fikirlərinə hörmətsizlik və dözümsüzlük göstərdi. Söhbətə İran mövzusundan başladıq, amma söhbət Qorbaçovdan Yeltsinə qədər müasir Rusiya, eləcə də Rusiya xüsusi xidmət orqanlarının həm liberal müxalifətin, həm də sözdə “müxalifət mediası”nın, məsələn, "Exo Moskvy", "TV Dojd" telekanalı və s.-nin formalaşmasındakı roluna toxunduqda, aparıcı mənim mövqeyimi bəyənmədi və normal müzakirə əvəzinə cənab Kiselyov sadəcə efiri kəsdi.  

Cənab Kiselyov, layiqli cəmiyyətdə qonaqlarla belə davranmaq olmaz, amma görünür, sizə yaxşı davranış  qaydaları öyrədilməyib. Amma hər şey yaxşılığa doğrudur. Beləliklə, Kremlin imperiya konservlərindən biri də partladı. Müasir Rusiyanın sözdə liberal müxalifəti nədirsə, mən bu barədə müntəzəm olaraq çıxış etdiyim bütün kanallarda danışıram. Təkcə Ukraynada deyil, həm də bütün postsovet məkanında. Hansı ki, bu məkanda çoxdandır heç kimin Kremlin bütün qonşularına qarşı imperiya siyasəti yürütdüynə heç bir şübhəsi yoxdur.  

Keçmiş Sovet İttifaqı respublikalarında hər kəs artıq hər şeyi bilir və Kremlin bu siyasətini xüsusilə ağır formada Ukraynada və Cənubi Qafqazda necə sınaqdan keçdiyini görürlər. Hamımızın buna dair tarixi yaddaşı var və bundan əlavə, Kremlin Qorbaçov, Yeltsin və bu gün Putin  dövründə, Rusiyanın bütün sərhədləri boyunca törətdiyi qanlı qırğınların, o cümlədən əvvəlcə Yeltsin tərəfindən törədilən və sonra Putin tərəfindən davam etdirilən Çeçenistandakı qanlı qırğının internetdə qeydləri mövcuddur. Və hamı görüb ki, bu illər ərzində bütün liberal Rusiya media orqanları və xüsusi xidmət orqanları tərəfindən zaman-zaman “buxarı çıxarmaq” və vəziyyəti nəzarətdə saxlamaq üçün yaradılan sözdə “müxalifətçilər” Kremlin vəkilləri kimi çıxış ediblər”.  

Qiymət Mahir

TodayPress TV

tag: Ramiz Yunus,Politoloq,Kiselyov,Mübahisə,Todaypress.tv,