Meloni səsini “patentlədi”: Səbəbi təəccübləndirdi

Meloni səsini “patentlədi”: Səbəbi təəccübləndirdi
06.10.2026 02:49 Dünya

İtaliyanın Baş naziri Giorgia Meloni səsini əmtəə nişanı kimi qeydiyyatdan keçirmək üçün Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə müraciət edib.

TodayPress TV xəbər verir ki, müraciətə Meloninin italyan dilində iki dəfə “Mən Giorgia Meloniyəm” dediyi 4 saniyəlik audio yazı əlavə olunub.

Təşəbbüs süni intellekt vasitəsilə hazırlanmış deepfake-lərdən qorunmaq məqsədi daşıyır. Müraciət təsdiqlənərsə, bu, Meloninin səsinin süni intellekt kontentində istifadəsini qadağan etməyəcək. Lakin onun səsini təqlid edən şəxslərə qarşı hüquqi addımlar üçün əlavə əsas yarada bilər.

Kübra Musayeva

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər