Məkkə alyansının ilk baş katibi kimdir?

Məkkə alyansının ilk baş katibi kimdir?
05.10.2026 22:49 Dünya

İstefada olan pakistanlı general-leytenant Nauman Mahmud Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin daxil olduğu Məkkə Müdafiə alyansının ilk baş katibi təyin edilib.

TodayPress TV xəbər verir ki, bu barədə üç ölkənin birgə bəyanatında məlumat verilib.

"Məkkə Müdafiə alyansının institusional inkişafı çərçivəsində komitə Pakistan İslam Respublikasından olan zati-aliləri, istefada olan general-leytenant Nauman Mahmudu üç il müddətinə ilk baş katib təyin etmək barədə qərar qəbul edib", – deyə sənəddə bildirilib.

Təyinat barədə qərar Məkkə alyansının Strateji Siyasi və Müdafiə Komitəsinin Ər-Riyadda keçirilən təcili iclasında qəbul olunub. İclas husilərin hücumları ilə əlaqədar "Səudiyyə Ərəbistanının qarşılaşdığı təhlükəsizlik sahəsindəki vəziyyəti və təhdidləri nəzərdən keçirmək üçün" iştirakçı ölkələr tərəfindən çağırılıb.

Tərəflər, həmçinin Məkkə və Mədinəyə zərbələr endirmək cəhdlərini, eləcə də krallığın şəhərlərinə, mülki və iqtisadi obyektlərinə davam edən hücumları ən kəskin şəkildə pisləyərək, krallığın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı hər hansı hücum və ya təhdidlərin birmənalı olaraq qəbul edilmədiyini təsdiqləyiblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər